Zivər bəy ƏhmədbəyovUB3tF 8 u)
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
| ZİVƏR BƏY ƏHMƏDBƏYOV | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1873 |
| Doğum yeri | Şamaxı |
| Vəfat tarixi | 16 fevral 1925 [1] |
| Vəfat yeri |
Bakı Çəmbərəkənd qəbiristanlığı (dəfn yeri) |
| Vəfat səbəbi | intihar |
| Dəfn yeri |
|
| Vətəndaşlığı |
|
| Təhsili |
|
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (d. 1873, Şamaxı - ö. 16 fevral 1925, Bakı) – ilk ali təhsilli azərbaycanlı memar.
Mündəricat
- 1 Həyatı
- 2 İrs
- 3 İşləri
- 4 Qalereya
- 5 İstinadlar
- 6 Xarici keçidlər
Həyatı[redaktə | əsas redaktə]
Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.
1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin[2] (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.
Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün qalmaqdadır.
1917-ci ildə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.
Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.
İrs[redaktə | əsas redaktə]
26 may 2011-ci ildə Bakıda "Nizami" metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. [3]
İşləri[redaktə | əsas redaktə]
- Təzəpir məscidi (1905-1914)
- Muxtarov məscidi (1901-1908)
- Səadət məktəbi (1912-1913)
- Əjdərbəy məscidi (1912-1913)
- Mixaylov xəstəxanasının korpusu (1912-1913)
- Uşaq xəstəxanası (1914-1918)
- Yaşayış binası (1914-1916)
- Moskva Dövlət Əlyazmalar İnstitutu, 2010-cu il
Qalereya[redaktə | əsas redaktə]

Təzəpir məscidi

Əjdərbəy məscidi

Uşaq xəstəxanası
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ [1]
- ↑ Göyçay şəhər Mərkəz məscidi
- ↑ http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20110526061423810
Xarici keçidlər[redaktə | əsas redaktə]
- Cümhuriyyətin baş memarına heykəl qoyuldu
- Təzəpirin məşhur memarı niyə intihar etmişdi? – Nəvəsi gizli məqamları danışır (FOTOLAR+VİDEO)